First slide
Zülfiyyə ilk dəfə həyat yoldaşından yazdı - Fotolar

Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədə həyat yoldaşı Zaur Məmmədovla fotolarını paylaşıb. “Qafqazinfo” xəbər verir ki, sənətçi ərinin doğum günü olduğunu qeyd edərək onu təbrik edib:

“22 il bir göz qırpımında keçdi. Bu illərimin dostu, sirdaşı! Məni bir qadın və bir ana kimi xoşbəxt edən həyatımın yoldaşı! Ad günün mübarək!”.

Qeyd edək ki, cütlük uzun müddətdir ki, evlidir. Onların bu nikahdan Dəniz adlı bir qız övladı var. Zaur Məmmədov “Simurq” futbol klubunun eks-prezidentidir.


21.01.2020 19:45
367

Loading...