First slide
Yeznə qaynından belə qisas aldı

Sabirabad sakinini avtomobil vurub.

Panoram APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Sabirabad rayonunun Moranlı kəndində qeydə alınıb.

Kənd sakini, 1981-ci il təvəllüdlü Musa Ərzuman oğlu Əsədov, qaynı - 1986-cı il təvəllüdlü Elçin Səfəralı oğlu Abbasovun idarə etdiyi “QAZ 31” markalı avtomobillə vurulub.

Qohumların bildirdiyinə görə, iki aydır ki, yeznə ilə qayın arasında yaşanan münaqişə M.Əsədovun ağır xəsarətlər almasına səbəb olub.

M.Əsədov Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Onun paytaxt xəstəxanalarından birinə göndəriləcəyi gözlənilir.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.


13.12.2019 10:15
633

close
close