First slide
Yerevan-Tehran aviareysi ləğv edildi - RƏSMİ

Ermənistan Hava Yolları bu günə olan Yerevan-Tehran reysini ləğv edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Armenia Eyrveys”in Facebook səhifəsində məlumat yayılıb.

“Məlumat veririk ki, “Armenia Eyrveys”in yanvarın 12-nə planlaşdırdığı AMW111/112 Yerevan-Tehran-Yerevan reysi təhlükəsizlik səbəbindən ləğv edilir”, - məlumatda qeyd olunub.

Məlumatda o da bildirilib ki, sərnişinlər şirkətin ofislərinə müraciət edərək biletlərini başqa vaxta dəyişə bilərlər.


12.01.2020 12:35
6