First slide
"Yaxın günlərdə bu ərazilərin də işğaldan azad olunması xəbərini alacağıq" - AÇIQLAMA
Füzuli rayonun işğaldan azad olunmuş ərazilərini müşahidə etmək üçün xəritəni sizinlə paylaşıram. Rayon mərkəzinin alınması Məngələnata yüksəkliyinin bizdə olması deməkdir. Bu eyni zamanda o anlama gələr bilər ki, Azərbaycan ordusu Xocavənd rayonun Tuğ, Tağ, Salatəkin, Susalıq, Domu kəndlərinə, Azıx mağarasına və o ərazidə əhəmiyyətli yaşayış məntəqələrindən olan Qırmızı Bazar qəsəbəsinə də nəzarət edir. Böyük ehtimalla yaxın günlərdə həmin ərazilərin də işğaldan azad olunması xəbərini alacağıq.

Füzuli rayonun azad olunması həm də müzəffər ordumuzun Dövlətyarlı, Qacar, Zərgər, Govşadlı kəndləri tərəfindən Xocavənd rayon mərkəzi istiqamətində irəliləməsinə imkan verir. Füzulinin işğal atında qalan əsas kəndləri bu istiqamətdə yerləşir.

Füzulinin rəsmi olaraq 72 kəndi vardır. Onun əsasən Araz çayı boyunca yerləşən 21-i bu müharibəyə qədər bizdə olub, yerdə qalan 51 kəndin demək olar ki, son 20 gündə 30-nun işğaldan azad olunması xəbərini almışıq. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, ərazicə Füzulinin 85-90 faizində Azərbaycan ordusu mövqelərini möhkəmləndirib, yerdə qalan 10-15 faizinə də qismən nəzarət edir. Hazırda Füzuli ərazisində əhəmiyyət kəsb edən 2 yüksəklik vardır: Şişqaya və Üryandağ. İnşallah tezliklə onlar da azad edilər və Füzuli tam Azərbaycan ordusunun ixtiyarında olar.

İnşallah, tezliklə doğma yurdundan didərgin olmuş 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarına qayıdar.
Qubad Ibadoğlu, ADR Hərəkatının rəhbəri


17.10.2020 20:04
2585

Loading...