First slide
"Yaralıyam, ermənilərin səsini eşidirik" - Əsgərimizdən tükürpədici ZƏNG GƏLDİ

44 günlük  Vətən  müharibəsində  itkin  düşən  və  bu günə  kimi  xəbər  gəlməyən  əsgərin  yaxınları  saytımıza  müraciət  edib. 112 gündür  ki,  itkin  düşən  hərbçinin  bacısı  kömək  istəyib.

Oxu24.com  İbrahimov  Təbriz İsmayıl  oğlu  1992-ci ildə  Salyan  rayonu,Çadırlı  kəndində  anadan  olub. MAXE kimi  orduda  xidmət  edən  hərbçimiz  sentyabrın  27-də  Murov  istiqamətində  gedən  döyüşlərdə  ağır  yaralanıb.  Bu  zaman  yaralı  əsgərimiz   xalasıoğluna  zəng  edərək  halallaşıb.  O, bildirib  ki, Murov yüksəkliyi  yaxınlığında, "Ağdağ postunun" netralındadır. Telefon  danışığı zamanı  bildirib  ki, ərazidə  mina  partlayışı  baş   verib. O və  bir  neçə  hərbçi  yaralı  vəziyyətdə  ərazidə  qalıb. Telefon  danışığı  zamanı  Təbriz  İsmayılov  bildirib  ki,  yaxınlıqda  erməni  postları  var  və  onlar  ermənilərin  səsini  asanlıqla  eşidir.  Bu  sözləri  dedikdən  sonra  ondan  xəbər   olmayıb. Yaxınları  dəfələrlə  telefona  zəng  etsə  də  cavab  verən  olmayıb.

İtkin  hərbçinin  bacısı  saytımıza   açıqlamasında   bildirib  ki,  qardaşının  qarşı  tərəfə  əsir  düşmə  ehtimalı  var.  Bu  barədə  Qırmızı  Xaç  Komitəsinə  də  müraciət  ediblər.  Amma bu  vaxta  qədər  xəbər  ala  bilməyib.

Bu  əsgərin  döyüş  yoldaşları  onun  haqqında  məlumatı  varsa,050 752 05 73  telefon  nömrəsinə  məlumat  vermələrini  xahiş   edirik.


20.01.2021 11:09
6954
Loading...