First slide
Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 03:49-da qeydə alınıb.

Maqnitudası 3 bal olan zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

03.06.2021 10:47
4088
Loading...