First slide
Xəstəxanada işləmək üçün pul verdi, aldadıldı - Azərbaycanda - Video

Mingəçevir sakinindən işə düzəlmək adı ilə pul tələb. Tələb olunan hesaba pulu köçürən Nicat Zöhrabzadə sonradan aldadıldığını başa düşüb.

"Yeni Sabah" xəbər verir ki, Nicat Zöhrabzadə saytlardan birinə iş axtarmağı haqqında məlumat verdikdən sonra onun mobil telefonuna zəng gəlib.

Ona Mingəçevir şəhərində xəstəxanada sürücü vəzifəsində çalışmaq təklif edilib. Amma bildirilib ki, əvvəlcədən həmkarların hesabına 257 manat pul ödənilməlidir.

Həmin şəxs ilə Nicat Zöhrabzadənin iki gün telefon və "WhatsApp" danışığı olub, amma sonradan onun nömrələri bloklanıb. Bundan sonra o, aldadıldığını başa düşüb.

Nicat Zöhrabzadə hadisə ilə bağlı hüquq-muhafizə orqanlarına müraciət edib.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:


02.02.2020 19:33
76
Loading...