First slide
Xəstə uşaqları məktəbə aparmayın - RƏSMİ ÇAĞIRIŞ

Xəstə uşaq olarsa məktəbə buraxmaq lazım deyil.

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayev qeyd edib ki, xəstə uşaqların məktəbə aparılmaması hər hansı virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayır: “Bu, təkcə koronavirusla bağlı deyil, ümumiyyətlə respirator xəstəliklərinin qarşısının alınmasında xəstə uşaqların məktəbə aparılmaması tövsiyə olunur”.


       
28.02.2020 21:46
39
Loading...