First slide
Xalq artistindən sensasion açıqlamalar: "İlhamə qanunsuz övladını tələf edəndə..."

"Rəhmətə layiq olsaydı, Allah ona o xasiyyəti verməzdi. Ölüm kimi təmizliyə çıxarıb?"

Bu sözləri Sonxeber.az-açıqlamasında xalq artisti Flora Kərimova mərhum sənətkar İlhamə Quliyeva haqqında deyib.

Sənətçi bildirib ki, İlhamə Quliyeva onun övladlarına böhtan atdığı üçün ona rəhmət oxumur:

"Mən İlhamə Quliyevaya rəhmət oxumaram. İlhamə Quliyeva mənim övladlarıma böhtan yağdırıb. İlhamə öz qeyri-qanuni övladını tələf edən vaxt mən qızımı dünyaya gətirdim. Onun haqqında həmin vaxtı nələr eşitdim... O, mənim oğluma və qızıma sataşdı. Sonra da başladı tərifləməyə".

Mərhum sənətçi haqqında çox sirləri bildiyini deyən Flora Kərimova bir çox məqamlara da aydınlıq gətirib. Həmçinin o, İlhamə Quliyevanın bəzi hallarda ikiüzlülük sərgilədiyini də bildirib:

"Mən onun haqqında çox şeyləri bilirəm. Yenə də ona yazığım gəlir. O, bütün vasitələrlə mənimlə barışmağa çalışdı. Hətta televiziyada bu barışığı səsləndirdi. Çatana çatıb, çatmayana pislik edən qadına mən ömrüm boyu rəhmət oxumaram. Mənim prinsiplərim var. Rəhmətə layiq olsaydı, Allah ona o xasiyyəti verməzdi. Ölüm kimi təmizliyə çıxarıb? Mən İlhamənin yaxşı ifaçı olduğunu inkar etmirəm, amma ona "Allah rəhmət etsin" demərəm. Niyə mənim balalarıma böhtan atdı? O ikiüzlülük sərgilədi. Niyə mən ona rəhmət deməliyəm?"

14.01.2020 22:00
518

Loading...
close
close