First slide
Xalq artistimizdən alqışalayiq ADDIM - Şəhid anası üçün...

Xalq artisti Röya Ayxan Qazax rayonun Quşçu Ayrım kəndində videosu lentə alınan Əsmər Cəfərovanın evinin təmir xərclərini öz üzərinə götürüb.

Axşam.az xəbər verir ki, sənətçi bunun üçün ötən gündən həmin bölgəyə yollanıb. Bu gün isə sözügedən qadının evində qonaq olub.

Qeyd edək ki, videonu Tural Yusifli paylaşmışdı və görüntülər geniş rezonansa səbəb olmuşdu. Onu da bildirək ki, Ə.Cəfərova şəhid anasıdır.

17.12.2019 20:31
983

Loading...