SSRİ xalq artisti Qalina Volçek 87 yaşında vəfat edib.
Publika.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə “Sovremennik” teatrından açıqlama verilib. Məlumata görə, sənətçi 2 gün əvvəl sətəlcəm diaqnozu ilə Moskvadakı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Qalina Volçek 1933-cü ildə Moskvada, məşhur rejissor və operator Boris Volchek və ssenarist Vera Maymina ailəsində anadan olub. O, 1955-ci ildə Moskva Akademik Bədaye Teatr məktəbini bitirib. Sənətçi “Don Kixot”, “Maşına baxın”, “King Lear”, “Payız Marafonu” və digər məşhur filmlərdə rol alıb. Qalina Volçek 1972-ci ildə “Sovremennik “ teatrının baş rejissoru olub. Sənətçi 1989-cu ildən bədii rəhbər vəzifəsini icra edirdi.