First slide
Xaçmazda 7 aylıq körpə yıxılaraq ölüb

Xaçmaz rayonu ərazisində 7 aylıq körpə çarpayıdan yıxılması nəticəsində ölüb

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndi ərazisində baş verib.

Beləki, 2021-ci il təvəllüdlü Mehdiyev Məlik Aqşin oğlu çarpayıdan yıxılıb və aldığı xəsarətdən ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

07.06.2022 17:54
3883
Loading...