“Microsoft” şirkəti yanvarın 14-dən etibarən “Windows 7” əməliyyat sisteminin proqram təminatını dayandıracaq.
“Panoram.az” APA-ya istinadən xəbər verir ki, istifadəçilərin əməliyyat sisteminin versiyasını dəyişə bilməsi üçün hələ 10 günü var.
Bundan sonra isə “Windows 7” əməliyyat sistemi lazımi təhlükəsizlik səviyyəsini və yenilənmələri əldə edə bilməyəcək:
“Bu əməliyyat sistemi 10 il əvvəl yaradılıb və o zaman kibertəhlükələr tamam başqa səviyyədə idi. Yeni növ kiberhücumlar və ya texnologiyalar çıxdığından “Windows 7”-nin risklər qarşısında fəaliyyətinə yenidən baxmağa gətirib çıxardı. “Windows 10”-nun yaradılması zamanı əsas prinsip kimi məhz kibertəhlükəsizlik müdafiələri və yeni növ hücumlara qarşı tab gətirmək nəzərdə tutuldu”, - deyə şirkətdən bildirilib.
Məlumatda o da qeyd olunub ki, “Windows 7” əməliyyat sisteminə texniki dəstəyin dayandırılması kibertəhlükəsizlik prinsiplərini risk altında qoymuş olacaq.