First slide
“WhatsApp“ı kompüterdə işlədənlər diqqət: Təhlükə var

"WhatsApp" messencerinin masaüstü kompüterlərdən yazışmağa imkan verən kliyentində ciddi boşluq aşkar edilib.

Sözügedən boşluğun həm "Windows", həm də "macOs" üçün kliyentlərdə mövcud olduğu məlum olub.

Cinayətkarlar mesajlara "javascript" kodu yerləşdirməklə kompüterdəki fayllara uzaq məsafədən müdaxilə edə, mesajların mətnini dəyişdirə və ya zərərli proqram təminatı quraşdırmaq imkanına malik olublar.

Bu vəziyyət proqram tərtibatçılarının "Chromium" mühərrikinin köhnə versiyasından istifadə etməsi ilə izah edilib.  /ICTnews


12.02.2020 08:49
105
Loading...