First slide
“Vaxtaşırı bank müştərilərinin hesabından cüzi məbləğdə pul oğurlayırlar” - Ekspertdən ŞOK İDDİA

“Unibank” müştərilərinin hesablarından pul silinməsi iki halda baş verə bilər”.

Bunu Sherg.az-a açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib.

Ekspert bildirib ki, bankın informasiya texnologiyaları sistemində, idarəetmə proqramında yanlışlığa yol verilərsə, nəticədə bütün hesablardan müəyyən məbləğ silinə bilər:

“Müasir dövrdə əksər məsələlərimizi kompüterlərə həvalə etmişik. Kompüterlər alqoritmlərlə işləyir, yəni bir tenxiki səhv avtomatik bütün sistemin işinə zərbə vurur. Ancaq bu halda bankın bir neçə müştərisinin deyil, ümumiyyətlə hamısının hesabında problem olmalı idi. İstənilən halda zərərçəkmiş müştərilərin ziyanını bank özü kompensasiya etməlidir. Bəlkə bayram günlərində bankda hesabı olan bir şəxs vacib ödəniş etməli imiş, ancaq məlum problemə görə edə bilməyb?! Səbəb bank hesabından “təsadüfən” pulun silinməsi olub. Bu halda vətəndaş bankdan ona vurulan zərərin əvəzini tələb edə bilər. Təbii ki, öncə ona dəyən ziyanı sübut etməlidir”.


07.01.2020 21:16
419

Loading...