First slide
Vaqif Əsədov da işdən çıxarılıb?

Bakı Dövlət Yol Polisi İdarəsində aparılan yoxlamalar nəticəsində vəzifəsini itirənlərdən biri də idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdur.

"Panoram.az" afn.az-a istinadən xəbər verir ki, V.Əsədov hətta yoxlamaların başladığı ilk günlərdən vəzifədən alınıb.

Bildirilib ki, adıçəkilən şəxsin xeyli müddətdir mediada görünməməsi də bununla əlaqədardır: "Bir neçə gün əvvəl "İctimai" TV-də yayımlanan "3 D" verilişinin aparıcısı Dadaş Dadaşzadə də bildirdi ki, Vaqif Əsədovu verilişə çağırır o gəlmir. Yəqin ki, yaxın günlərdə onun vəzifədən alınması ilə bağlı rəsmi məlumat yayılacaq".

Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda Bakı Dövlət Yol Polisi İdarəsin aparılan yoxlamaların nəticəsi olaraq, idarə rəhbərliyinin sərəncama göndərilməsi haqda məlumat yayılıb. Məlumatda bildirilirdi ki, buraya müavinlər, şöbə və bölmə rəisləri, İdarənin zabit heyəti daxildir. Onu da qeyd edək ki, həmin xəbər yayılmazdan üç gün əvvəl Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov da vəzifəsindən azad edilmişdi.

12.01.2020 21:42
799

Loading...
close
close