First slide
ÜST-dən həyəcan təbili: Ötən həftə...
Ötən həftə ərzində dünyada koronavirusa 3,2 milyondan artıq yoluxma, 60 mindən artıq ölüm halı qeydə alınıb.
 
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.
 
Məlumata əsasən, ötən həftə ilə müqayisədə ümumi yoluxma hallarının sayı 8 faiz, ölüm hallarının sayı isə 3 faiz artıb:
 
"Martın 15-dən 21-dək koronavirusa 3 291 060 yoluxma aşkarlanıb, 60 414 nəfər koronavirusdan ölüb. Marıtn 21-i üçün 122 536 880 nəfər koronavirusa yoluxub, 2 703 780 nəfər isə koronavirusdan vəfat edib"./Modern.az
24.03.2021 11:04
1261
Loading...