First slide
Uşaqlarda koronavirusun əlamətləri bunlardır - Həkim açıqladı

Tanınmış həkim-pediatr Yevgeni Komarovski azyaşlılarda koronavirusun əlamətlərinin və simptomlarının necə təsbit olunacağını açıqlayıb.

Medicina.az xəbər verir ki, Komarovski "İnstaqram" hesabında paylaşdığı məlumatda uşaq orqanizminin virusla daha asan mübarizə apardığını vurğulayıb.

O bildirib ki, uşaqlarda koronavirusun başlıca əlamətləri ishal və qusmadır: "Nəfəs alma tezliyinin pozulması, arxa nahiyədə qaşınma və digər şübhəli məqamlarda mütləq həkimə müraciət edilməlidir. Koronavirusla mübarizə yolları kimi selikli qişanı qorumaq, bol su içmək, ehtiyac olmadığı təqdirdə evdən çölə çıxmamaq məsləhətdir".

Uşaqların nadir hallarda koronavirusdan öldüyünü qeyd edən Komarovski əlavə edib ki, virus fonunda kəskin patoloji xəstəliklər olarsa, bu hal mümkündür.


22.03.2020 21:30
72
Loading...