First slide
"Unibank" müştərilərinin hesablarındakı pulları SİLDİ

"Unibank" müştərilərinin hesablarından kütləvi şəkildə müxtəlif məbləğlərdə pul silir.

Unikal.org xəbər verir ki, bu barədə bankın müştəriləri Feysbuk sosial şəbəkəsində məlumat paylaşıblar.

Bankın yaydığı açıqlamada belə bir halın baş verməsi təsdiqlənib və hadisənin səbəbləri belə izah edilib: "Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar. Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək".

07.01.2020 11:10
3