First slide
Ülvi Quliyevin də dairəsi ləğv edilə bilər - AÇIQLAMA

Ülvi Quliyevin lider namizəd elan edildiyi 15 saylı Yasamal birinci seçki dairəsinin də nəticələri ləğv edilə bilər.

Pravda.az-ın xəbərinə görə, Müsavat Partiyası başqanı Arif Hacılı deyib ki, Ülvi Quliyevin saxtakarlıqla deputat elan olunması barədə çoxsaylı sübutlar var: “Sosial mediya üzərindən yayılan videomateriallar da bunu təsdiq edir. Bu dairədə saxta nəticələrin ləğv olunması müşkül məsələdir. Çətin olacaq. Yəqin ki, Ülvi Quliyevin deputatlar siyahısına salınması Kremldə həll olunub”.

Xatırlatma: Həmin seçki dairəsindən Ü.Quliyevin əsas rəqibləri Müsavat Partiyasının başqanı Arif Hacılı və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Qeyd: Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Nəticələri ləğv edilmiş dairələr bunlardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov


13.02.2020 22:25
28
Loading...