First slide
Ukrayna Prezidenti Bakıda ərzaq mağazasında - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Bakıda ərzaq mağazasına baş çəkib.

BakuPost xəbər verir ki, bu barədə Zelenski "Twitter” səhifəsində paylaşım edib. O, Ukrayna məhsullarının satıldığı mağazada olduğunu bildirib.

"Ukrayna məhsulları dadlıdır! Pendirlərimiz, qatıqlarımız, kolbasa və şirələrimiz Bakının mərkəzində satılır. Yerli iş adamının artıq on bir Ukrayna məhsulları mağazası var. Tezliklə şəbəkəni genişlənməyi planlaşdırır, həmçinin Ukrayna restoranı da açacaq", - deyə Prezident yazıb.

17.12.2019 18:14
0