First slide
Türkiyədə dəhşətli fəlakət baş verdi - Çox sayda ölü var

Vanda baş verən qar uçqunu nəticəsində 4 nəfər həyatını itirib. 5 nəfər dağıntılar altından sağ çıxarılıb. Axtarış işləri davam edir.

Publika.az-ın məlumatına görə, bu barədə Anadolu agentliyi məlumat yayıb.

***

21:30

Türkiyənin Van vilayətində qar uçqunu baş verib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı ərazidən keçən mikroavtobus dağıntıların altında qalıb. Yerli mənbələrin məlumatına görə, mikroavtobusun içində 10-15 sərnişinin olduğu güman edilir. Şahidlər ərazidə olan daha bir neçə insan qar uçqununun altında qaldığını deyib. Onların xilas edilməsi üçün axtarışlar davam edir. Xilasetmə işlərinə polis və yerli sakinlər də dəstək verir.

Qeyd edək ki, bir neçə gündür bölgədə əlverişsiz hava şəraiti hökm sürür.


05.02.2020 00:01
19
Loading...