First slide
Turan İbrahimov: "Boşanmış qadınlar özləri bilir ki, bədbəxtdirlər" (VİDEO)

"AZXEBER.COM"-un "Nazimlə Tez-bazar" rubrikasının qonağı tanınmış aparıcı Turan İbrahimovdur.

Rubrikada məşhur şəxslər onlara verilən qısa sözləri tamamlamalıdırlar.

Turan qısa müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi.

O şəxsi həyatından, sənətindən danışıb.

- Televiziya mənim üçün...

- Heç vaxt arzu, xəyal olmayıb. İndi də mənim üçün menecer nöqteyi-nəzərdən maraqlıdır.

-Məşhur olduğumu o zaman anladım ki...

-O qədər də məşhur deyiləm

-Özümü ən rahat hiss etdiyim telekanal...

-Son çalışdığım Azad Azərbaycan Televiziyası.

- Efirdən uzaqlaşma səbəbim...

- Yəqin kimlər üçün isə fərqli görünməyə başlamışdım.

- Turan İbrahimov deyəndə ağla gələn ilk fikir...

- Hər zaman sözün düzünü deyən. Sovet dövründə batmış əmanətlərin qaytarılmasına səbəb olan adam.

- İndiki verilişlər...

- Çox pis idarə olunan kanallarda ortaya çıxan verilişlərdir deyərdim, o vaxta qədər ki, İctimai və AzTv rəhbərinin dəyişildi.

- Hazırda çalışdığım iş...

- Menecerlik, pr mütəxəsisi kimi müşavirlik.

- Açıq sözlüyümə görə...

- Hər zaman özümü rahat hiss etmişəm.

- Yoldaşım da məşhur olduğu üçün...

- Onunla qürür duyuram. Bu da cəmiyyət üçün əlavə bir nümunədir.

- Mənə görə yoldaşımla küsən...

- Elə bir insan yoxdur.

- Boşanmış qadınlar cəmiyyətdə...

- Onlar cəmiyyətdə çox çətin əksəriyyəti. Son dövrlər bir qədər dəyişib. Guya elə görünür ki, boşanmış olmaq avantajlı olur. Amma o qadınlar özü-özlüyündə bilir ki, bədbəxtdir.

- Teleməkandan uzaqlaşdırmaq istədiyim aparıcı....

- Televiziyadan hansısa kadrın uzaqlaşmasına səbəb tamaşaçı və reytinq olmalıdır.

- Məmur olsaydım....

- Xalqa daha yaxın olardım.

- Pozğunluğu təbliğ edənlər...

- Onlar göz qabağındadır. Şərait yaradanlar da.

- İndi reytinq üçün....

- Ruhlarını şeytana satırlar.

- Efirdə dediklərimə görə peşmanlıq...

- Hər kəlməmə görə xoşbəxtəm.

- 2010-cu ildə ona görə deputat olmaq istəyirdim ki...

- Düşünürdüm ki, cəmiyyətə daha yaxın olacam.

- Hazırda Rauf Arifoğlunun ona görə vəkiliyəm ki...

- Məni vəkil kimi görmək istədi.

- Afrika ölkələrinə ona görə getdim ki...

- Baxıb özümə gəlim. Səfalət, aclıq, yoxluq oradadır.

- Onlardan öyrəndim ki...

- Azərbaycan xalqı çox yaxşı yaşayır. Xalqımız hansı səviyyədə olduğunun fərqində deyil.

-Övladıma məsləhətim...

-Kişi adam olsun

- Bundan sonrakı həyatımı...

- Yenə dürüst, heç kimin yanında başıaşağı olmamaq üçün fəaliyət göstərəcəm.

- Etdiyim ən böyük səhv...

- Təbii ki, çox böyük səhvlərim olub. Bəzi adamlar var ki, onlara həddim artıq güvənmişəm.

- Həzz aldığım səhvim..

- Elə bir səhvim yoxdur.

- Məni efirdən uzaqlaşdıran məmura demək istəyirəm ki..

- Hər kəsin etdiyi bumeranq kimi gəlib onun özünə dəyir.


06.02.2020 22:13
112
Loading...