Türkiyə millisinin sabiq üzvü Tuncay Şanlı Türkiyə 2-ci liqa təmsilçisi "Sakaryaspor"un baş məşqçisi təyin olunub.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
40 yaşlı mütəxəssisin baş məşqçi kimi ilk və yeganə təcrübəsi "Sakaryaspor"da olub. O, 2016-cı il oktyabrıda 28-dən 2017-ci il fevralın 7-ə kimi bu klubu çalışdırıb. Onun rəhbərliyi altında komanda meydana çıxdığı 13 matçında 6-da qələbə qazanıb, 4 dəfə heç-heçə edib, 3 dəfə uduzub.
Qeyd edək ki, T.Şanlı futbolçu karyerasına da "Sakaryaspor"un aşağı yaş qrupunda başlamışdı.