First slide
Toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar – DƏHŞƏT

Türkiyədə bakteriyalaşmış toyuq ətindən dönər hazırlanır.

Türkiyədə vaxtı keçmiş, bakteriyalaşmış toyuq ətini xlorla yuyub, ondan dönər hazırlayırlar.

Bu barədə Beynəlxalq Dönər Federasiyasının (UDOFED) başçısı Mehmet Mərcan danışıb.

“Ucuz qiymətə satılan, istifadə vaxtı keçmiş məhsullar nəzarət olunmazsa, insanların sağlamlığına ciddi zərər yetirir. Ucuz qiymətə dönər növbəsinə dayanan vətəndaşlar daha sonra həkim növbəsinə dayanacaqlar”, - o qeyd edib.

O, bu halın qarşısını almaq üçün tədbir görüləcəyini deyib:

“12 saat xidmət göstərən dönərxanalarda altı saatdan bir ət dəyişdiriləcək. Çünki 12 saat şişə keçirilərək bişən ətdə bakteriyalar çoxalır və bu da xəstəliklərə səbəb olur”.Oxu.az


22.01.2020 20:33
100
Loading...