First slide
“Toyota” qadını vurub “Volkswagen”in üstünə atdı – Azərbaycanda dəhşətli olay

Gəncə şəhərində ağır yol qəzası baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 5-də saat 23 radələrində Gəncə şəhərində şəhər sakini M.Qəhrəmanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Elminaz Məmmədovanı vurub eyni istiqamətdə hərəkətdə olan Gəncə şəhər sakini N.Qocayevin idarə etdiyi “Volkswagen” markalı avtomobilin üzərinə atıb. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.


06.02.2020 23:17
123
Loading...