First slide
"Toylara gedəndə lüt gəzir" – Həyat yoldaşı üçün moddan düşən Günel - VİDEO

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Günel Ələkbərova olub.

Müğənni cazibədar geyimi ilə diqqət çəkib:

“Geyimim mənə özəl olaraq hazırlanıb. Biri var ki, misal üçün, çox vulqardır, hər tərəfi açıqdır, onu mən də etmərəm. Toylara gedəndə görürük də, camaat lüt gəzir. Yazıq müğənnilərin adı çıxıb, elə hər mövzuda. Dərzidən çıxıb birbaşa tədbirə gəlmişəm. Həyat yoldaşım hələki geyimimi görməyib. Amma xəbəri var ki, özəl libas tikilirdi. Artıq deyəsən məni qısqanmır, moddan düşmüşəm. Açıq-saçıq geyinməyimi o da sevmir”.

Müğənni maraqlı bir açıqlama da verib:

“Hamı elə bilir ki, mən özümü sökdürüb, təzədən yığdırmışam. Mənim bir burnum, bir də də dodağım əməliyyat olunub. Əməliyyatdan da çox qorxuram. Nədənsə plastik əməliyyatdan mövzu düşəndə 3-cü yerdə mənim adım gəlir. Bakı balaca yerdir, elə olsaydı həkimlər deyərdi ki, hə bizdə əməliyyat olunub. Sadəcə olaraq şayələrdir”.


07.01.2020 14:51
6