First slide
Təmas xəttinin bir addımlığında yerləşən Talış kəndindən ƏN SON FOTOLAR

Aprel döyüşləri zamanı Azərbaycan ordusunun vizual nəzarətə aldığı Talış kəndinin yeni fotoları yayımlanıb.

Modern.az xəbər verir ki, son fotolarda Talış kəndinin giriş hissəsində, ordumuzun mövqelərindən görünməyən hissədə inşa olunmuş yeni infrastuktur obyektlərini əks etdirir.

Yeni tikililər fonunda kəndin əksər hissəsinin dağınıq vəziyyətdə olması, kənddə azsaylı sakinlərin gözə dəydiyi aydın görünür.

Xatırladaq ki, 2016-cı il 2-5 aprel tarixlərində Azərbaycan ordusu düşmənə zərbələr vuraraq təmas xəttindən 3 kilometr uzaqlıqda yerləşən Talış kəndinin yaxınlığına qədər irəliləmişdi. Ermənistan hakimiyyətinin vədlərinə baxmayaraq, kəndi tərk edən sakinlərin mütləq əksəriyyəti Talışa dönməkdən imtina edib.

Həmin fotoları şəhsiz təqdim edirik.


13.01.2020 20:24
2