First slide
TƏCİLİ! Rövnəq Abdullayev İŞDƏN ÇIXARILDI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Panoram.az AZSABAH.COM-a istinadən xəbər verir ki, sərəncama əsasən, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib. Lakin Rövnəq Abdullayevin adı həmin siyahıda yoxdur.

Müşahidə Şurasının sədri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Müşahidə Şurasının üzvləri

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru

Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.

23.01.2021 17:32
175
Loading...