First slide
TƏCİLİ - Azərbaycanda vəzifəli şəxs koronavirusa görə karantinə alındı

Ağsu rayonundan iki nəfər koronavirusla bağlı karantinə götürülüb.

Oxu.az xəbər verir ki, Ağsu rayonunun Padar kənd sakini Umudov Əvəz Sabir oğlu bir müddət əvvəl həyat yoldaşını İrana müalicəyə aparıb.

Müalicədən qayıdarkən yoxlanış zamanı o və həyat yoldaşı müayinə məqsədilə karantinə alınıb.

Hazırda hər iki şəxsin karantində saxlanıldığı deyilir.

Xatırladaq ki, Ə.Umudov əvvəllər Padar kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

16.03.2020 10:53
5089
Loading...