First slide
TƏBİB məlumat yaydı: 140 nəfər reanimasiyadadır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 8-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3535 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 343 391 test aparılıb. İndiyədək 93 nəfər COVID-19-dan dünyasını dəyişib, 4377 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 3406 nəfərdir. 140 nəfər reanimasiyada, 20 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 323 yoluxma faktı qeydə alınıb, 5 nəfər dünyasını dəyişib, 228 pasiyent sağalıb.


08.06.2020 23:17
347

Loading...
close
close