First slide
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi

Tanınmış aktyor Elməddin Cəfərovun səhhətində problemlər yaranıb.

Bu barədə ATV-də "7 canlı” axşam şousunda süjet yayımlanıb. Videomaterialda bildirilir ki, aktyorun qəfildən özünü pis hiss etdiyi üçün təcili olaraq xəstəxanaya yerləşdirilib

Canlı efirə telefon zəngi edən E.Cəfərov səhhəti haqqında açıqlama verib:

"Üz sinirim iltihablaşıb. Nəticədə qulağım və üzüm çox pis şəkildə şişib. Ağrılarım var. Həkimə müraciət etmişəm. Ümid edirəm ki, yaxın bir həftə ərzində sağalıb, işimin başına qayıdacağam”. //Oxu.az


04.02.2020 23:52
77
Loading...