First slide
"Taliban"ın 455 silahlısı zərərsizləşdirildi

Əfqanıstan milli müdafiə və təhlükəsizlik qüvvələri son sutka ərzində “Taliban” qruplaşmasının 455 silahlısını zərərsizləşdirib, 232-ni isə yaralayıb.

Məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi tviter səhifəsində yayıb.

Bildirilib ki, Nanqahar, Paktiya, Paktikə, Lohar, Qəndəhar, Herat, Fəryab, Cauzcan, Bəlx, Samanqan, Gilmend, Tahar, Kunduz, Baqlan və Kapisa əyalətlərində hakimiyyət qüvvələri ilə qruplaşma silahlıları arasında döyüşlər davam edir.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başlayandan sonra “Taliban” fəallaşıb. Qruplaşma İran, Türkmənistan, Tacikistan, Çin və Pakistanla Əfqanıstan arasındakı sərhəddə yerləşən ərazilərə nəzarəti ələ keçirdiklərini iddia edir.

02.08.2021 12:33
4503
Loading...