First slide
Tahir Salahovla vida mərasimi keçirilir

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovla vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, mərasim Xalq rəssamının İçərişəhərdəki evində təşkil olunub.

Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.

T.Salahov Birinci Fəxri xiyabana torpağa tapşırılacaq.

24.05.2021 12:26
5012
Loading...