Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Dragon Oil” şirkəti Süveyş körfəzinin Misirə aid olan hissəsində təxminən 100 milyon barel ehtiyata malik neft yatağı aşkar edib.
Bu barədə Misirin Neft Nazirliyi məlumat yayıb.
“Dragon Oil” tərəfindən kəşf edilən və ehtiyatları təxminən 100 milyon barel həcmində qiymətləndirilən yataqda işlənmə prosesinin başlanmasından sonra əlavə ehtiyatların üzə çıxacağı ehtimal olunur”, - deyə nazirliyin press-relizində deyilir.
Qeyd edilir ki, bu, Süveyş körfəzində son 20 ildə tapılan ən böyük neft yatağıdır.