First slide
“Şuşa uğrunda döyüşlərdə bizə elə bil ilahi güc gəlmişdi” – Xüsusi təyinatlı Həmid Əhmədov

“Qarşımızda müqəddəs bir vəzifə dayanırdı. Ölmək, yaralanmaq, bunları heç kəs düşünmürdü. Hər şeyə hazır idik...”

Həyatdakı bütün sevgilər fədakarlıqdan başlar. Amma bir sevgi var ki, onun üçün ediləcək fədakarlıq hər kəsə nəsib olmur. O fədakarlıq əsl vətənpərvərlərə məxsusdur.Vətən söz və şüarla sevilmir, vətən lazım olan anda, ən vacib məqamda ortaya qoyduğun hərəkətlə, əməllə sevilir. 

Vətənini ən yaxşı sevən - vəzifəsini bütün sahələrdə tam və doğru yerinə yetirəndir, deyirlər.Vətən sevgisi - ona xüsusi bir dəyər vermək, onun üçün qətiyyətli və cəsarətli bir mövqe sərgiləməkdir. Keçmişinə hörmət və gələcəyinə inamdır, Vətən sevgisi... 

“Qarşımızda müqəddəs bir vəzifə dayanırdı. Ölmək, yaralanmaq, bunları heç kəs düşünmürdü. Hər şeyə hazır idik...” Həyatdakı bütün sevgilər fədakarlıqdan başlar. Amma bir sevgi var ki, onun üçün ediləcək fədakarlıq hər kəsə nəsib olmur. O fədakarlıq əsl vətənpərvərlərə məxsusdur.Vətən söz və şüarla sevilmir, vətən lazım olan anda, ən vacib məqamda ortaya qoyduğun hərəkətlə, əməllə sevilir. Vətənini ən yaxşı sevən - vəzifəsini bütün sahələrdə tam və doğru yerinə yetirəndir, deyirlər.Vətən sevgisi - ona xüsusi bir dəyər vermək, onun üçün qətiyyətli və cəsarətli bir mövqe sərgiləməkdir. Keçmişinə hörmət və gələcəyinə inamdır, Vətən sevgisi... Keçmişlə gələcəyin uzlaşdığı bir zamanda qismətimizə Vətən Müharibəsi yazıldı. Hər birimizin yaşadığı – bəzilərimizin qürurla izlədiyimiz, bəzilərimizin isə fədakarlıqla iştirakçısına çevrildiyimiz bu Vətən Müharibəsi çoxlarının səmimiyyətini, içindəki vətən sevgisini tam çılpaqlığı ilə aşkara çıxardı. Bilmədiyimiz, tanımadığımız neçə-neçə qəhrəmanlarımız varmış sən demə... Demək olar, hər gün, hər saat yazılı, vizual və səsli mediamızda bu millətin tarixi salnaməsində özünəməxsus iz qoymuş, bir növ qəhrəmanlıq yarışına girmiş Vətən övladlarını tanımaqda davam edirik. Qürur mənbəyimizə çevrilən tanımadığımız bu qəhrəmanların mərdlik, mərdanəlik, mübarizlik nümunələrini görürük. Vətən sevgisi həqiqi iman gətirənlərin Allaha olan sevgisinə bənzəyir. Vətən sevgisi də həqiqi iman kimi danışılacaq deyil, yaşanacaq bir şeydir.


Bu günlərdə ürəyindəki Vətən sevgisi ilə çoxlarına örnək olacaq bir qəhrəmanımızla tanış olduq. Onun da xidmətlərini yazaq ki, ən yeni Azərbaycan tarixinin döyüş salnaməsində qoyduğu iz itməsin. 

Əhmədov Həmid Eldar oğlu. 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Vərməziyar kəndində anadan olub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi torpaqlarımızın keşiyində duran Həmid Əhmədov Vətən Müharibəsində iştirak etmək üçün okytabr ayının əvvəllərində Naxçıvandan Qarabağa göndərilib. Həmidlə bir neçə gün əvvəl döyüş bölgəsindəki hospitalda görüşdük. Şuşa uğrunda aparılan döyüşlərdə yaralanmışdı. Müalicə olunmasına, şiddətli ağrılarının olmasına baxmayaraq döyüşlərdən danışanda gözləri parıldayır, üzündə təbəssüm yaranırdı.
b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_126818039_408693530172037_6075806885762178559_n.jpg

Hərb sənətini çox sevdiyini, döyüş əməliyyatlarında iştirak etməyin nə qədər qürurverici olması ilə yanaşı, bir o qədər də ağır anlarla yadda qaldığını deyir, Həmid. Danışdıqca, xəyala dalır, gözləri yol çəkir. Hərbi əməliyyatlar başlayandan sona kimi addım-addım irəliləyən Azərbaycan Ordusunun, döyüş dostlarının qəhrəmanlığını yada salır. Hadrut, Zəngilan, Qubadlı rayonları uğrunda gedən amansız döyüşlərdə cəbhəni yara-yara irəliləməsindən söz açır. Yorğun görünüşü ilə elə təəssürat yaradır ki, sanki ruhən hələ də döyüş meydanındadır. Həmin anlara qaytarırıq onu.. Gözü yol çəkə-çəkə sözünə davam edir: “Müharibə elə bir amansız hadisədir ki, orada yaşadıqlarını, gördüklərini bir ömür boyu unuda bilməyəcəyimə əmin oldum. Ən şox təsir edən, döyüş meydanında yaralanmış döyüş yoldaşlarımın dediklərini eşitmək idi. Yaralanan əsgər yoldaşlarımızın bir neçəsini mən döyüş meydanından çıxara bildim. Sağ qalacağına ümidi olmayan yaralı döyüş dostlarım, həmin o anlarda elə arzularını dilə gətiridilər ki... Ailələrindən nə qədər nigaran olsalar da, onları ən çox narahat edən o idi ki, qələbəmizi, torpaqlarımızın işğaldan tam azad olunmasını görə bilməyəcəklər. Mən özüm də bu barədə, müharibədən sonra daha çox düşünürəm. Sevinirəm ki, qələbə arzusu ilə şəhadətə qovuşan, şəhid olan döyüş dostlarımın arzusu yerinə yetdi. Sevinirəm ki, sağ qalmağa ümidi olmayan, lakin Allahın izni ilə həyatda qalan cəbhə yoldaşlarım ailələrinin yanına qayıdacaqlar”. 


Həmidin daha çox yaddaşında qalan isə Şuşa uğrunda aparılmış döyüşlərdir. Deyir ki, Şuşa yoluna çıxanda artıq tam əmin idik ki, düşməni əzib keçəcək, alınmaz qala deyilən Şuşamızı azad edəcəyik: “Çox ağır döyüşlər getdi. Döyüş dostlarım əsl qəhrəmanlıq göstərdilər. Düşmən bizimlə üzbəüz gəlməkdən qorxub qaçırdı. Sanki əsgərlərimizin hamısına ilahi bir güc gəlmişdi. Hətta silahlı erməni əsgərinin üstünə əliyalın şığıyan əsgərlərimiz var idi. Qarşımızda müqəddəs bir vəzifə dayanırdı. Ölmək, yaralanmaq, bunları heç kəs düşünmürdü. Hər şeyə hazır idik. Şükürlər olsun ki, hədəfimizə çatdıq və noyabr ayının 7-də Azərbaycan əsgərləri Şuşaya daxil oldu”.

Həmid artıq Naxçıvandadır. Missiyasını yerinə yetirərək doğma yurduna – xidmət etdiyi hərbi hissəyə qayıdıb. Biz isə öz növbəmizdə Həmidə və onun timsalında Vətən üçün canından keçməyə hazır olan qəhrəman oğullarımıza bir daha çox sağ olun deyirik! Sizin Vətən sevdanızın qarşısında baş əyirik, qardaşlar.../missiya.az

23.11.2020 19:24
103
Loading...