First slide
Süpürgəçi ilə eyni maaşı alıram - Həkimdən ETİRAZ

Həkim-nevropatoloq Günel Hüseynova etiraz dolu açıqlama verib.

Pravda.az-ın xəbərinə görə, G.Hüseynova əməkhaqqının azlığından şikayətlənib:

“Həkim işləyirəm. Maaşım 329 manatdır. Həmin müəssisədə işləyən təmizlikçi isə 300 manat əməkhaqqı alır. Maaş fərqimiz cəmi 29 manatdır. Bu nə dərəcədə düzgündür? Bu absurd bir haldır. Mən 6 il Azərbaycan Tibb Universitetində oxumuşam, 4 il Rezidentura təhsili almışam. Həyatımın 10 ilini təhsilə həsr etmişəm. Təmizlikçi isə təhsil almayıb və mənimlə bərabər maaş alır. Bu ağılasığmaz bir şeydir. Həmin müəssisədə tibb bacıları 450 manat maaş alır, yəni mənim maaşımdan 121 manat çox. Mən həkim-nevropatoloq süpürgəçi maaşı alıram”.

Qeyd: O çalışdığı tibb müəssisəsinin adını açıqlamayıb.


02.03.2020 22:28
91
Loading...