Kiçik toy mərasimində çəkilən görüntülərə görə saxlanılan şəxslər sərbəst buraxılıblar.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, İzmirin Menderes qəsəbəsində təşkil olunan sünnət toyunda baş verən olayla bağlı saxlanılan 6 nəfər azadlığa buraxılıb.
Toyda azyaşlıların olduğu məclisdə qısa ətəkdə əxlaqsız hərəkətlər edən 3 rəqqasə, sünnət olunan uşağın valideynləri 1 sutka həbs cəzası ilə cəzalandırıldıqdan sonra sərbəst buraxılıblar.