First slide
Sünnət edilən 12 yaşlı qız öldü - ŞOK OLAY

Misirdə sünnət edilən 12 yaşlı qız ölüb.

Polis həkim və qızın valideynlərini saxlayıb.

Yerli mənbələrin məlumatına görə, Nada Abdul-Maqsud adlı qız cümə günü özəl klinikalardan birində ölüb.

Qeyd edək ki, Misirdə qanunla qadağan edilsə də, cinsi həzzin qarşısını almaq üçün qızlar sünnət edilir.

BMT-nin Uşaqlara Yardım Fondunun (UNICEF) açıqlamasına görə, 15-49 yaşlı misirli qadınların 87%-i sünnətə məruz qalır. (Publika.az)


       
02.02.2020 19:40
33
Loading...