First slide
Süleymanini ABŞ-a bu ölkənin kəşfiyyatı satıb

Ali Şura İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndis haqqında məlumatların İraq tərəfindən ABŞ-a ötürüldüyü təxmin edilir.

Həşd-əş Şabi tərəfindən verilən yazılı açıqlamada Suriyanın paytaxtı Dəməşqdən gələn Süleymaninin təyyarəsinin yerli saatla axşam saat 11-də Bağdad Beynəlxalq Hava Limanında eniş edəcəyi bildirilib.

Mühəndisin Süleymani ilə eyni təyyarədə olmadığı, ancaq onu qarşılamaq üçün hava limanına getdiyi bildirilən açıqlamada kəşfiyyat məlumatının iraqlılar tərəfindən ABŞ-a sızdırıldığı təxmin edilir.

Açıqlamada hücumun ABŞ-a aid silahlı insansız hava nəqliyyatı ilə gecə yarısı həyata keçirildiyi, hadisənin tam olaraq nəqliyyatın hərəkət etməsi və hava limanının çıxış qapısına çatması ilə eyni anda olduğu da vurğulanıb.

//oxu.az

03.01.2020 22:52
355
Loading...