Türkiyənin dəstəklədiyi Suriya Milli ordusu əl-Bab bölgəsinin cənubunda yerləşən Moskva və Dəməşqin nəzarətindəki Tadif rayonuna daxil olub.
Hazırda suriyalı müxalif döyüşçülərin Təl Rıfat rayonu istiqamətində irəlilədiyi bildirilir. Məlumata görə, İdlibdə strateji önəmə sahib Marred Numan rayonunu əldən verən müxalif qüvvələr, ərazini geri qaytarmaq üçün irimiqyaslı hücuma hazırlaşır. Qeyd edək ki, İdlibdə Türkiyə ordusunun 10-a qədər hərbi müşahidə məntəqəsi var. İdlibdə döyüşlər intensivləşəndən sonra Türkiyə bölgəyə çox sayda zirehli texnika göndərib.