First slide
SON DƏQİQƏ! Məktəb yaxında güclü partlayış - Azərbaycanlı şagird ÖLDÜ

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda məktəb binasının yaxınlığında partlayış baş verib.

Hadisə nəticəsində etnik azərbaycanlı olan 11 və 15 yaşlı iki qardaş yaralanıb.

Ağır bədən xəsarətləri alan 15 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Atasının sözlərinə görə, partlayışa səbəb uşaqların məktəbdən qayıdarkən tapdığı naməlum əşya olub.

Partlayış baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır./APA
01.03.2021 17:26
2407
Loading...