First slide
SON DƏQİQƏ! Koronavirusun PEYVƏNDİ hazırdır

ABŞ-da hazırlanan koronavirusa qarşı peyvənd ilk dəfə bu gün insan üzərində sınaqdan keçiriləcək.

Publika.az xəbər verir ki, peyvəndin sınaqdan keçiriləcəyi 45 yaşlı şəxs koronavirus xəstəsi deyil və onun virusa yoluxma təhlükəsi yoxdur. Məlumata görə, testin məqsədi peyvəndin əlavə təsirlərinin olub-olmadığını müəyyən etməkdir. Bu peyvənd "Covid-19"a yoluxmanın qarşısını almaq üçün nəzərdə tutulub. Mütəxəssislər hesab edir ki, koronavirusa yoluxan xəstələri sağalda biləcək peyvəndin hazırlanması üçün isə azı 8 ay vaxt lazımdır.

Qeyd edək ki, koronavirus səbəbiylə dünya miqyasında 6 minə qədər insan həyatını itirib. 156 mindən çox insan virusa yoluxub.
 

16.03.2020 11:41
338
Loading...