First slide
SON DƏQİQƏ: Ərdoğana ağır itki üz verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllimi Məhmət Yahya Kutluoğlu həyatını itirib.

Bu gün 90 yaşlı müəllimin səhhəti ağırlaşıb və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kutluoğlu Türkiyənin sevilən simalarından olub. O “Hatipliler” dərnəyinin qurucusu və ilk rəhbəri olub. Məhmət Yahya Kutluoğlu dini fəaliyyəti ilə də seçilib./Metbuat.az

04.03.2021 13:06
2562
Loading...