First slide
SON DƏQİQƏ: Çindən təxliyə edilən Azərbaycan vətəndaşları Türkiyəyə çatıb

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyyə edilən Azərbaycan vətəndaşları artıq Türkiyəyə çatıb.

“Report”un əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşlarını gətirən “Koca Yusuf” ambulans-təyyarəsi Türkiyənin paytaxtı Ankaranın Etimesgud Hava Limanına enib.

Sərnişinlərə xüsusi forma geyindirilib. Onların təcili tibbi yardım avtomobilləri ilə hava limanından birbaşa Ankara şəhər xəstəxanasına daşınmasına başlanılıb. Karantində saxlanılacaq şəxslər üçün ayrı otaqlar hazırlanıb.

Qeyd edək ki, Uhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı olub. Onlar əsasən tələbələrdir.


       
01.02.2020 22:49
34
Loading...