First slide
SON DƏQİQƏ! Bakıda müəllimlər və şagirdlər koronavirusa yoluxdu

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

APA xəbər verir ki, Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin COVİD testi müsbət çıxıb.

Məktəbin fəaliyyəti 14 günlük müddətə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonundakı 82 nömrəli məktəb də eyni səbəbdən iki həftəlik bağlanıb.

23.02.2021 10:02
4555
Loading...