First slide
SON DƏQİQƏ! Azərbaycanın məşhur erməni dili müəllimi vəfat etdi

Azərbaycanda  erməni dilinin tədrisi  ilə məşğul  olan tanınmış müəllim dünyasını  dəyişib.

Oxu24.com  xəbər  verir  ki,Bakı Dövlət Universitetində erməni dili və ədəbiyyatı müəllimi Xalid Bayramov vəfat edib.

Xatırladaq ki, X.Bayramov  1941-ci ilin sentyabrın 15-də Qərbi Azərbaycanın Qırmızıkənd rayonunun Göyçay kəndində, Qarqoyunlu mahalında doğulub.O vaxt Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun erməni sektorunu bitirib. 1964-cü ildə institutu bitirəndən sonra 5-10 cü siniflərdə erməni dili və ədəbiyyatından dərsi  deyib. Eyni zamanda məhkəmə-istintaq orqanlarında tərcüməçi, peşə məktəbində həm tərbiyəçi, həm də müəllim işləyib. Ondan sonra Azərbaycan Dövlət Televiziyasında erməni dilində verlişlər redaksiyasında tərcüməçi və redaktor kimi çalışıb.

11.01.2020 21:54
873

Loading...
close
close