First slide
SON DƏQİQƏ! Azərbaycanda daha 5 tələbə qız zəhərləndi


Qazax rayonunda tələbələr zəhərlənib.


BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, 5 nəfər zəhərlənmə diaqnozu ilə Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.


İlkin məlumata görə, zəhərlənən qızlar Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələridir.


Əfsanı Səfərəli, Güləndam Həsənova, Xavər Məmmədova, Arzu Əlizadə, Mahizər Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.


Zəhərlənən şəxslərə ilkin yardım göstərilib, vəziyyətləri orta ağırdır.


Adıçəkilən tələbələr birinci kurs tələbələridir. Onlar bir evdə kirayədə yaşayır. Tələbə qızları qaz sobasının tüstüsündən zəhərləndiyi ehtimal edilir.

03.12.2019 12:05
614

Loading...
close
close