First slide
"Sizdən qisas alacağıq, bilin" - Ermənistan İsraili də hədələdi
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri Vladimir Poqosyan açıq şəkildə İsraili hədələyib.
Poqosyan bu barədə "Facebok" səhifəsində paylaşım edib.
Avropadakı teror hadisələrindən danışan Poqosyan, bu terror hücumlarının onu maraqlandırmadığını bildirib. Onun sözlərinə görə, Avropa İsrailin nə olduğunu anlayacaq:
"İsrail 1933-cü il Almaniyası ilə bərabərdir. Heç kəsi bağışlamayacağıq və zaman gələcək sizdən qisasımızı alacağıq, bilin"./trend
06.11.2020 10:28
686

Loading...
close
close