First slide
Sərnişinlərə şad xəbər: Bu şəhərdən Bakıya birbaşa aviareys açılır

Dağıstanın paytaxtı Mahaçqaladan Bakıya birbaşa aviareys açılır.

"Yeni Sabah" xəbər verir ki, bunu "TASS"a "Mahaçqala Aeroportu" Səhmdar Cəmiyyətinin baş direktoru Arsen Pirməhəmmədov deyib.

Bildirilib ki, bu il Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı planlaşdırılır. O deyib ki, birbaşa aviareyslərin açılması məsələsi üzərində işlər gedir və bu aviareyslərin cari ildə açılması planlaşdırılır

A. Pirməhəmmədov həmçinin əlavə edib ki, yeni hava marşrutlarının açılması ilin ortalarında Mahaçqalanın hava limanının yeni beynəlxalq terminalı istifadəyə verildikdən sonra planlaşdırılır.


05.01.2020 21:21
562

Loading...